Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Nigar Köçərli: “MKM-lə bağlı tezliklə bəyanatımız olacaq”


Milli Kitab Mükafatı müsabiqəsinin bu il keçirilib-keçirilməyəcəyi aydın deyil.

Müsabiqənin təşkilatçısı Nigar Köçərli “Oxu zalı”nın bununla bağlı sualına cavab vermək istəməyib.

“MKM-lə bağlı tezliklə bəyanatımız olacaq və media orqanlarına göndərəcəyik” – deyə o bildirib.

Xatırladaq ki, ötən iki ilin təcrübəsini yada salsaq, müsabiqə artıq başlanmalı idi. Məsələn, sonuncu dəfə müsabiqənin başlanması 2010-cu il noyabrın 25-də elan edilmişdi.

Müsabiqənin birinci ili mükafatın gənc yazar Elxan Qaraqana verilməsi müstəqil Azad Yazarlar Ocağının etirazına səbəb olmuş, onlar müsabiqəyə qatılmaqdan imtina etmişdi.

İkinci il isə mükafatın “Azadlıq” qəzetinin əməkdaşı, yazıçı Pərviz Cəbrayıla verilməsi dövlət büdcəsindən maliyyələşən Azərbaycan Yazıçılar Birliyinin Münsiflər Heyətində təmsil olunan katiblərinin etirazı və istefası ilə nəticələnmişdi.
XS
SM
MD
LG