Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:33

Avropa Birliyi Macarıstana xəbərdarlıq edib


Avropa Birliyi Macarıstana xəbərdarlıq edib ki, əgər yeni ölkə konstitusiyası birliyin normalarına cavab verməsə ona qarşı kəskin tədbirlər qəbul edə bilər.

Avropa Birliyi və digər beynəlxalq təşkilatlar dəfələrlə Macarıstanı hakimlərin, mərkəzi bankın və informasiya idarəsinin müstəqilliyini məhdudlaşdıran konstitusiya qəbul etməsini tənqid ediblər.

Həmçinin Avropa parlamenti və hüquq müdafiəçiləri bundan əvvəl xəbərdarlıq etmişdilər ki, Macarıstan baş nazir Viktor Urbanın rəhbərliyi altında Avtoritar dövlətə çevrilə bilər.
XS
SM
MD
LG