Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Türkmənistanda müəllimin prezidentlik iddiası


Türkmənistan prezidentinin analoqu olmayan idarəçiliyi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00
Direct-ə keçid

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov bu yaxınlarda məmurlarını başına yığıb onların üstünə qışqırıb, aşağılayan ifadələr işlədib. AzadlıqRadiosunun türkmən xidmətinin əlinə keçən videokadrlar.

Aşqabadlı məktəb müəllimi Ayna Abayeva Türkmənistanda görünməmiş iddiaya düşüb- o, Türkmənistan prezidenti olmaq istəyir. Ancaq onun namizədliyini MSK nəinki qeydə almır, Abayevanın Azadlıq Radiosuna dediyi kimi, MSK “ona heç qulaq asmaq istəmir”.

Bundan sonra Türkmənistanın MSK-sına Azadlıq Radiosu müraciət edib ki, Abayevanı niyə qeyddiyyata almır?

MSK-da bircə nəfər tapılıb ki, bu suala cavab verməyə razı olub, ancaq o, adının çəkilməməsi şərtilə deyib ki, Abayevanı irəli sürən Vətəndaş Cəmiyyəti Hərəkatı qeydiyyatdan keçməmiş QHT-dir.

Məsləhət görüb ki, əvvəlcə bu QHT-ni qeyddiyyatdan keçirsinlər, o da namizədliyi irəli sürsün. Ancaq Abayeva deyir ki, bu QHT-ni qeyddiyata alsaydılar, 1999-cu ildən bəri alardılar.

İSLAHAT TƏKLİFİNƏ GÖRƏ ABAYEVANI İŞDƏN QOVURDULAR

Bu QHT Abayevanı hardan tanıyır? – sualına QHT-nin rəhbəri Annaly Nepesovun cavabı da maraqlıdır.

“Türkmənistanda təhsil sisteminin islahatı ilə bağlı ingilis dili müəlimi Abayevanın yeni ideyaları vardı. Ancaq bu təkliflər Abayevaya problemlər yaratdı. Təhsil Nazirliyinin ona təzyiqləri başlandı.

Abayeva öz təkliflərinə görə hətta az qala öz iş yerini də itirirdi, həmin vaxt ona Vətəndaş Cəmiyyəti Hərəkatı köməyə gəldi.”

Abayeva indi ATƏT-ə şikayət etmək fikrindədir.

İNSAN HAQLARI OFİSİ NİYƏ MÜŞAHİDƏÇİ GÖNDƏRMİR?

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi isə fevralın 12-də Türkmənistanda keçiriləcək prezident seçkilərinə öz müşahidəçilərini göndərməyəcəyini elan edib.

Niyə göndərmir? – bu suala Azadlıq Radiosunun Türkmən xidmətinin əməkdaşı Murad Rahimov belə cavab verir: “İzah budur ki, müşahidəçi göndərməklə seçkilərin nəticələri onsuz da dəyişməyəcək.

Ancaq bu izah Türkmənistanda yerli müşahidəçilərin narazılığını doğurub. Onlar deyirlər ki, “ onda niyə ATƏT Rusiyaya və ya başqa bu kimi avtoritar ölkələrə müşahidəçi göndərir? Axı orda da seçkinin nəticəsi əvvəlcədən bəllidir?!”

Bəs Türkmənistandakı müşahidəçilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin mövqeyini nə ilə izah edirlər?

Murad Rahimov: “ Yerli müşahidəçilərin ehtimalı belədir ki, ATƏT müşahidəçi göndərsə, onda gərək seçkidən sonra verdiyi qiymətində pozuntuları qeyd edə. Bunu isə ATƏT istəmir. Çünki əvvəlki prezident Niyazovdan fərqli olaraq Berdymukhammedov Qərblə münasibətləri düzəltməkdən danışır, Avropa da belə vəziyyətdə onunla münasbətləri korlamaq istəmir”.

SEÇKİ KAMPANİYASI İSƏ ÖZ İŞİNDƏDİR

Cəmi bir siyasi partiyanın olduğu, bu partiyaya da prezidentin başçılıq etdiyi Türkmənistanda seçki prosesi isə öz ənənəvi axarı ilə gedir.

MSK-nın məlumatına görə, prezidentliyə hələlik 8 namizəd var. Onların hamısı yüksək vəzifəlilərdir- indiki prezident Gurbanguly Berdymukhammedov, indiki su naziri, enerji və sənaye naziri, bir neçə yerli icra hakimi, neft və qaz şirkətlərinin rəhbərləri.

QAYDALAR

Prezidentliyə iddiaçı 40 yaşdan gənc, 70 yaşdan qoca ola bilməz. O, türkmən dilini bilməlidir, son 15 ildə Türkmənistanda yaşamış olmalıdır.
Hökumət və ya ictimai qurumlarda və yaxud da özəl biznesdə çalışmalıdır. Prezidentliyə iddiaçı işsiz ola bilməz.

Namizədin qeydə alınması üçün Türkmənistan şəhər və regionlarının ən azı üçdə birindən 10 min imza toplamaq lazımdır.
Prezident 5 illiyə seçilir.

BƏLKƏ NƏSƏ DƏYİŞDİ?

Yanvarın 11-də Türkmənistanın siyasi həyatında bir dəyişiklik oldu. Parlament siyasi partiyalar haqda qanunu qəbul etdi. Bu qanun Türkmənistanda yeni siyasi partiyaların yaranmağına imkan verir.

Türkmənistanın 20 illik müstəqiliyi dövründə burda cəmi bir partiya olub- Demokratik Partiya və ölkəyə kim başçılıq edibsə, bu partiyanın rəhbəri də o olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG