Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

İran prezidentinin Latın Amerikası ölkələrinə turnesi davam edir


İran prezidenti Mahmud Ahmedinejad Latın Amerikası ölkələrinə səfəri zamanı Nikaraquada olub. O, prezident Daniel Orteganın üçüncü dəfə prezident olmağı ilə bağlı keçirilən mərasimdə iştirak edib.

Mahmud Ahmedinejad bildirib ki, İran və Nikaraqua xalqlarını dünyada ədalət uğrunda mübarizə aparmaq amalları birləşdirir. Ortega isə İran liderini “inqilabçı qardaşı” adlandırıb.

Nikarauqadan əvvəl Mahmud Ahmedinejad Venesuelada olmuşdu. Onun Kuba və Ekvadora səfəri gözlənilir.
XS
SM
MD
LG