Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:16

Maykl Ceksonun şeirinin əlyazması hərracda satılacaq


AzərTAc Lenta.ru saytına istinadla xəbər verir ki, Maykl Ceksonun əvvəllər məlum olmayan şeirinin əlyazması Bonhams hərrac evində satışa çıxarılıb.

Bu dəfə hərraca çıxarılan lot mərhum “pop musiqisi kralının” şəxsi dermatoloqu həkim Arnold Kleynin kolleksiyasının bir hissəsidir.

Əlyazma cəmi səkkiz sətirdən ibarətdir və görünür, Ceksonun natamam mahnısının cızmaqarasıdır.

Hərracın təşkilatçıları əlyazmanın hərracda 3-5 min dollara satılacağına ümid edirlər.

Gözlənilir ki, Kleynin satışa çıxarılan kolleksiyasındakı bu əlyazma yanvarın 23-də Los-Ancelesdə təşkil olunacaq hərracın əsas lotlarından biri olacaq.

Kleyn əlyazma ilə yanaşı, Bonhams hərracına Maykl Ceksonun afişa və plakatlarını, avtoqraflarını, müxtəlif paltarlarını da çıxaracaq.

Müğənninin həkimə məxsus əşyalarının satışa qoyması Arnold Kleynin bu yaxınlarda maddi cəhətdən iflasa uğraması ilə əlaqədardır.
XS
SM
MD
LG