Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:54

ABŞ Suriya prezidentini növbəti dəfə istefaya çağırıb


ABŞ Suriya prezidenti Bashar Assadi növbəti dəfə istefa verməyə çağırıb.

Bashar Assad dünənki çıxışında bildirib ki, terrorçulara qarşı güclü cəza tədbirləri görüləcək. O, dinc etirazçların öldürülməsi iddialarının yalan olduğunu bildirib. Deyib ki, mart ayında yeni Konstitusiya referenduma çıxarılacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirib ki, Bashar Assad xalqın diqqətini real problemlərdən yayındırmağa çalışır.

BMT-nin məlumatına görə, təkcə Ərəb Dövlətləri Liqası ölkələri müşahidəçiləri Suriyada olduğu iki həftə ərzində azı 400 adam öldürülüb.
XS
SM
MD
LG