Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 04:58

Qaddafinin oğlu bir müddət də Liviyada qalası oldu


Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi Liviyanın yeni hökumətinə Muammar Qaddafinin oğlu Seif al-Islamı tribunala təhvil vermək üçün verdiyi vaxtı uzadıb.

Liviya keçmiş liderin oğlunu hələ istintaqı davam etdirdiyi üçün yanvarın 23-nə qədər əlində saxlaya biləcək.

Hələ Qaddafi rejimi yıxılmamışdan, iyun ayında Beynəlxalq Cinayət Məhkəməsi Seif al-İslamı insanlıq əleyhinə cinayətlərdə ittiham etmişdi. Onu noyabr ayında Muammar Qaddafinin ölümündən bir neçə gün sonra həbs ediblər.
XS
SM
MD
LG