Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:38

İran valyutası daha 20 % dəyərsizləşib


İran Milli Bankının bazar müdaxiləsinə baxmayaraq, ölkə valyutası – rial ötən həftə dollarla müqayisədə 20 faiz dəyərsizləşib.

1 dollar yanvarın 10-da 17 min riala qədər bahalaşıb. Milli Bankın ötən həftə təyin elədiyi kurs isə 1 dollar üçün 14 min real idi.

Yeni ildən öncə ABŞ prezidenti Barack Obama İrana qarşı sərt maliyyə sanksiyaları haqda fərman imzalamışdı və bu sanksiyalara görə, Tehranın xarici şirkətlərdən nəyinsə müqabilində valyuta əldə etməsi çətinləşib.

Bu gündən İranda hətta dollar sözü yazılan SMS-lər də blok edilir.

İranda rəsmi inflyasiya artıq 20 %-i keçib. Ekspertlər real inflyasiyanın dəfələrlə çox olduğunu iddia edir.
XS
SM
MD
LG