Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:57

İranda "dollar" yazılan SMS-lər ünvanına çatmır


İranda mobil telefonla SMS göndərəndə mətndə “dollar” sözü olan kimi SMS blok olunur. Bunu İranda çıxan “Şərq” qəzeti və digər media orqanları yazırlar.

Tehrandakı xarici müxbirlər iddiaları yoxlayıb, əmin olublar ki, doğrudan da SMS-də fars dilində “dollar” yazan kimi SMS blok olunub. Ancaq "avro" yazanda SMS-lə ünvanına çatır.

Yaranan vəziyyəti keçən şənbə günü Amerikanın İranın maliyyə sisteminə yeni sanksiyalar tətbiq etməyi ilə İran rialının məzənnəsinin dollara nisbətdə son 20 ildə ən aşağı həddə düşməsi ilə izah edirlər.

Açıq bazarda 1 ABŞ dolları 18 min riala satılır. Rəsmi məzənnə isə 11 min 500 ətrafındadır.

İranın mobil telefon operatorları “dollar” sözünün blok olunması xəbərlərini təkzib edirlər.
XS
SM
MD
LG