Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:00

Suriya prezidenti referendum və ümummilli seçki vəd edir


Suriya prezidenti Bashar al-Assad xarici qüvvələri ölkəni qarışdırmaqda ittiham edib və qanun-qaydanı bərpa etmək üçün “terrorçuları dəmir yumruqla” qarşılamağa çağırıb.

Dəməşq Universitetində çıxış edən Assad dinc etirazçıların öldürülməsi iddialarını yenə yalanlayıb və Mart ayında tək-partiyalı sistemi zəiflədəcək yeni Konstitusiyanın referenduma çıxarılmasına vəd verib.

Assadın sözlərinə görə, referendumdan sonra ümummilli seçkilər olacaq. Ancaq xalq arasında yetərincə populyar olduğuna əmin olduğundan bu seçkidən də qalib çıxacağına şübhə etmir.


BMT-nin hesablamalarına görə, Mart ayından rejim əleyhinə başlanan etirazlar zamanı 5 min nəfə etirazçı öldürülüb.


Yanvarın 10-da Türkiyə Baş naziri Recep Tayyip Erdogan Assadın günahı üzündən Suriyada “dinlərarası, təriqətlərarası və irqlərarası vətəndaş müharibəsi” yetişdiyini deyib.
XS
SM
MD
LG