Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:07

Tanınmış İran yazıçısı Bakıda!


İranlı yazarlar Bakıda kitablarını təqdim etdi
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

İranlı yazarlar - tanınmış fars yazıçısı Mustafa Məstur, gənc azərbaycanlı şairələr Ülkər Ucqar və Türkan Urmulunun kitabları Bakı oxucularının ixtiyarına verildi.

İrandan olan iki azərbaycanlı şairə də kitablarını təqdim etdi: Türkan Urmulu: "Burda özümü Vətəndəki kimi hiss etdim". Ülkər Ucqar: "Bizdə bir kitabın çapı 1,5-2 il çəkir".

Tanınmış İran yazıçısı Mustafa Məstur Bakıya - kitabının təqdimatına gəlib.

Yanvarın 14-də onun “Cüzamlı əllər və donuz sümüyü” romanının “Əli Və Nino” kitab kafesində təqdimatı olub.

“Cüzamlı əllər və donuz sümüyü” romanını “Ən yeni tərcümə” seriyasında “Qanun” nəşriyyatı çap edib.

Mustafa Məsturla birlikdə İran Azərbaycanından olan iki şairə Ülkər Ucqar və Türkan Urmulu da öz şeir kitablarını təqdim ediblər.

Türkan Urmulu: "Burda özümü Vətəndəki kimi hiss etdim".

Ülkər Ucqar: "Bizdə bir kitabın çapı 1,5-2 il çəkir".

Mustafa Məstur əsərləri Avropa dillərinə tərcümə olunan və dünyada ən çox oxunan fars yazıçılarından biridir.

O, 1964-cü ildə Əhvazda dünyaya göz açıb.

Isfahan Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirsə də, sonradan fars dili və ədəbiyyatı ixtisası üzrə təhsilini davam etdirib.

İlk hekayəsi 1990-cı ildə “Keyhan” dərgisində çap olunan yazarın ilk kitabı da “Səki üzərindəki eşq” adlı hekayələr toplusu olub.

İkinci kitabı olan “Qısa hekayənin əsasları” adlı monumental tədqiqat əsəri 2000-ci ildə çap olunub.

Mustafa Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan onun 2000-ci ilin sonlarında qələmə aldığı “Tanrının gül üzündən öp” adlı romanıdır.

Bu roman Məstura qısa bir vaxt ərzində böyük şöhrət qazandırmaqla yanaşı, 11 dəfə yüksək tirajla çap olunub.

Bu günədək adıçəkilən roman 27 dəfə təkrar nəşr olunmaqla tiraj sayı 100 mini ötüb.

“Cüzamlı əllər və donuz sümüyü” romanı da az bir vaxtda geniş oxucu kütləsi toplaya bilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG