Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 00:01

İranda "dollar" sözü olan SMS-lər blok olunur


İranda dollar növbəsi
İranda dollar növbəsi
İranda mobil telefonla SMS göndərəndə mətndə “dollar” sözü olan kimi SMS blok olunur.
Bunu İranda çıxan “Şərq” qəzeti və digər media orqanları yazırlar.

Frans Press Agentliyi bu məlumatları özünün Tehrandakı müxbirinin köməyi ilə dəqiqləşdirmək istəyib.

Frans Pressin müxbiri də daxil, Tehrandakı xarici müxbirlər görüblər ki, doğrudan da SMS-də fars dilində “dollar” yazan kimi SMS blok olunub.

Ancaq Franss Press onu da yoxlayıb ki, "avro" yazanda SMS blok olunmur.

Yaranan vəziyyəti keçən şənbə günü Amerikanın İranın maliyyə sisteminə yeni sanksiyalar tətbiq etməyi ilə İran rialının məzənnəsinin dollara nisbətdə son 20 ildə ən aşağı həddə düşməsi ilə izah edirlər.

Açıq bazarda 1 ABŞ dolları 18 min riala satılır. Rəsmi məzənnə isə 11 min 500 ətrafındadır.

İranın mobil telefon operatorları “dollar” sözünün blok olunması xəbərlərini təkzib edirlər.
MCİ və İrancell bildiriblər ki, onlar “dollar” sözünə filter qoymayıblar.

Ancaq İranda dəqiqəbədəqiqə valyuta məzənnələrini verən Mesghal.ir saytı rialın məzənnəsi dağılan kimi bağlandı.

Yarı-rəsmi İSNA agentliyinin fikrincə, Mesghal.ir saytının bağlanmağı Tehranda pul dəyişmə məntəqləri qabağında növbələri yalnız çoxaldır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG