Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:44

"Eurovision-2012”-nin keçiriləcəyi binanın damı hazırdır


Bakıda "Baku Crystal Hall" çoxfunksiyalı arenanın damının quraşdırılması başa çatıb. Bu yer paytaxtda "Eurovision-2012" müsabiqəsinin keçirilə biləcəyi yerlərdən biridir.

Damın sağ tərəfi ötən ilin sonlarında, sol tərəfi isə bazar ertəsi quraşdırılıb.

Damın hər bir yarısı təxminən 1200 tondur. Kompleksin tikintisi prosesində iştirak edənlərin sayı 500 nəfərə yaxındır.

Ümumilikdə, "Baku Crystal Hall"un tikintisi üzrə bütün işlər qrafikə uyğun aparılır.

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibi Almaniyanın məhşur "ALPİNE Bau Deutchland AG" şirkəti olub.

"ALPINE Bau Deutschland AG" şirkəti 100 faizli "ALPINE Bau Group" şirkətinin törəməsidir.

"ALPINE Bau Deutschland AG" şirkətinin layihə üzrə tərəfdaşı "gmp International GmbH", İsveçrənin "Nüssli AG" və "Basler & Hofmann AG", eləcə də Avstriyanın "GmbH & Co. KG" və "SSF Ingenieure AG" şirkətləridir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi olublar.

Buna görə də "Eurovision-2012” may ayında Bakıda keçiriləcək.
XS
SM
MD
LG