Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

İran və Venesuela prezidentləri bir-birlərini tərifləyiblər


İran Prezidenti Mahmud Ahmadinejadı Venesuelada həmkarı Hugo Chavez qarşılayıb.
ABŞ tənqidçisi kimi tanınan Hugo Chavez və Mahmud Ahmadinejad bir-birləri ilə mehriban görüşüb və bir-birlərinə "qardaş" deyə müraciət ediblər. Söhbət boyu onlar bir-birilərini tərifləyiblər.

Chavez deyib ki, iki ölkə lideri "kasıblığa, aclığa və iqtisadi geriliyə" qarşı silah axtarırlar:

- Biz həqiqətən də müharibəni davam etdirmək üçün bir neçə bomba hazırlayacağıq, bəziləri raket olacağıq. Müharibə, bizim müharibəmiz kasıblıq əleyhinədir, əzab əleyhinədir, aclıq əleyhinədir, iqtisadi gerilik əleyhinədir. Bunlar bizim silahımızdır.

Ahmadinejad isə deyib ki, əgər onlar ikisidə bomba kimi bir şey hazırlamağı fikirləşsəydilər, "bu bombanın yanacağı sevgi olardı":

- Biz lovğa adamların idarə etdiyi ABŞ-dakı əhali də daxil olmaqla, dünyadakı bütün insanları sevirik.

Ahmadinejadın səfərindən əvvəl ABŞ Latın Amerikası ölkələrini İranla sıx əlaqə saxlamamağa çağırıb.

Mahmud Ahmadinejad Venesueladan sonra digər Latın Amerikası ölkələrinə də səfər edəcək.
XS
SM
MD
LG