«Yeni Müsavat» qəzeti yazır ki, «YU» adlı bu ətirin qiyməti 5750 manatdır:
«Satıcı deyir ki, bir avtomobilin qiymətinə olan bu ətri bircə dəfə vurub toya və restorana girmək kifayətdir. Həmin zaman ətir bütün insanların diqqətini çəkir. Maraqlıdır ki, bu ətri həm kişilər, həm də qadınlar vurur…».
ƏLİ KƏRİMLİDƏN İLHAM ƏLİYEVƏ AĞIR SUALLAR
«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin İctimai Palatanın 8 yanvar sessiyasındakı çıxışına toxunur.
Əli Kərimli prezident İlham Əliyevi Fransa parlamentində «erməni soyqırımı» qanununun müzakirəsinə laqeyd münasibətdə ittiham edib. «Nə vaxta qədər Qarabağın, Azərbaycanın, Türkiyənin maraqları bir medalın girovluğunda qalacaq?!», - deyə o, sual edir.
MÜDAFİƏ SƏNAYESİ MƏHSULLARININ ÇEŞİDİ VƏ HƏCMİ ARTIB
«Yeni Azərbaycan» qəzeti yazır ki, 2011-ci ildə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 2010-cu il ilə müqayisədə 2.5 dəfə artıb, çeşidlərinin sayı isə 650-yə çatdırılıb...».
AZƏRBAYCANDA BÜTÜN SOSİAL MƏSƏLƏLƏR ÖZ HƏLLİNİ TAPIR
«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan dövlətinin sosial yönümlü siyasətə sadiqliyi 2012-ci ilin dövlət büdcəsində bir daha təsdiqini tapır: «2011-ci illə müqayisədə cari il sosial yönümlü xərclərin xüsusi çəkisi 27.8 faiz təşkil edəcək və ya 0.9 faiz çox olacaqdır. Bu il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artmışdır. Dekabrın 1-dən minimum əməkhaqqı artmışdır… Məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir. Yəni, Azərbaycan hərtərəfli və dinamik şəkildə inkişaf edir…».