İran mənşəli amerikalı Amir Hekmatinin İranda casusluq ittihamı ilə ölümə məhkum olunmasını Dövlət Departamentinin fars dilli sözçüsü Alan Eyre qəti şəkildə pisləyib:
“Biz məhkəmənin qərarını qəti şəkildə pisləyirik.
Hekmatinin Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) işləməsi və İrana CİA tərəfindən göndərilməsi ittihamları gülməlidir.
İnsanları əsasız casusluq ittihamları ilə tutmaqda, onlardan güclə etiraflar almaqda, günahsız amerikalıları siyasi məqsədlər üçün həbsə atmaqda İran rejiminin uzun illərdən gələn təcrübəsi var”.