Fransa prezidenti Nicola Sarkozy büdcə intizamının sərtləşdirilməsi haqda yeni Avropa müqaviləsini martın 1-nə kimi imzalamağa çağırıb.
Berlində Almaniya kansleri Merkellə birgə mətbuat konfransında Sarkozy deyib ki, yeni saziş üzrə danışıqlar yaxın günlərdə məcrasına düşməli və yekun sənəd martın 1-nə imzalanmalıdır.
Hər iki lider bildirib ki, avrozonanın sabitlik fonduna ödənişləri sürətləndirmək məsələsinə də baxacaqlar.
Eyni vaxtda Almaniya 3 milyard 900 milyon avroluq 6 aylıq hökumət bondlarını mənfi faizlə satıb.
Bu o deməkdir ki, bunları alanlar daha çox pullarını qoruyurlar, nəinki faiz qazanmaq istəyirlər.
Bu da öz növbəsində Almaniya iqtisadiyyatına investorların sığınacaq kimi baxmaqda davam etdiyini göstərir.