Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 23:20

Yəmən prezidentə toxunulmazlıq vəd etmək istəyir

Yəmən hökuməti prezident Salehi cinayət məsuliyyətinə cəlb olunmaqdan azad edən qanun layihəsini bəyənib.

Prezident Salehə toxunulmazlıq verilməsi Yəməndə keçid prosesinin tərkib hissəsidir. Keçid prosesi razılaşması isə Körfəz ölkələrinin vasitəçiliyi ilə əldə olunub.

Qanun layihəsi Yəməndə prezidentə və onun hökumətin bütün mülki və hərbi idarələrindəki müşavirlərinə amnistisa verir.

Qanun layihəsini hələ parlament təsdiq etməlidir.
This item is part of
XS
SM
MD
LG