Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:11

Rusiya dini lideri meydana çıxanlara haqq qazandırdı


Patriarx Kirill
Patriarx Kirill

Patriarx Kirill hakimiyyəti etirazlara reaksiya verməyə çağırdı

Rusiya Pravoslav kilsəsinin başçısı Patriarx Kirill hökuməti daha səbrli olmağa, seçki nəticələrindən narazılığını bildirən insanları dinləməyə çağırıb.

Yeni il ərəfəsində “Rusiya” telekanalına müsahibə verən Patriarx Kirill deyib ki, azad cəmiyyətin hər bir üzvünün öz fikrini demək hüququ var:

“Onlar hakimiyyətin fəaliyyəti ilə bağlı narazılıqlarını da səsləndirə bilərlər. Əgər insanların əlindən bu hüququ alsan, onda azadlığı məhdudlaşdırmış olursan. Bu, çox ağrılıdır”.

Rusiya dini lideri hesab edir ki, parlament seçkisinin nəticəsindən narazı qalan insanlar məhz bu hüquqdan istifadə edərək küçələrə axışıb.

“Onlar ədalətsizlik, hardasa yalan, manipulyasiya olduğunu hiss edir, öz fikirlərini açıqlayırlar. Kilsə üçün bu məsələ çox həssasdır. Çünki bizim davamçılarımız arasında həm meydana çıxanla, həm də onlara qarşı olanlar var”.

Patriarx Kirill hər kəsi yalanlara son qoymağa çağırıb. Deyib ki, siyasətdə düzgünlük tələb edən insanın özü də şəxsi həyatında, biznesində kimisə aldatmamalıdır:

“Əgər hakimiyyət etirazlara reaksiya vermirsə, bu, çox pis əlamətdir. Bu, hakimiyyətin özünü uyğunlaşdırmaya hazır olmadığının göstəricisidir. Hakimiyyət kənardan siqnalları alıb özünü onlara uyğunlaşdırmalıdır. Şəxsən mən daim bu siqnalları eşitməyə çalışıram”.

Rusiya dini lideri onu da bildirib ki, vaxtilə 1917-ci ildəki etirazlar qanlı olaylarla bitməsəydi, onda Rusiya ABŞ-dan da güclü bir dövlət ola bilərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG