Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Sevda Ismayıllı. Oğrunun yanında üzüqara olanlar...


(Bir Bakı mənzərəsi)


Bu həftə şəhər avtobuslarının birində qəribə hadisə yaşanıb. Yerli elektron media bu hadisəni “film kimi cinayət” adlandırıb.

Əhvalat vaqe olub... Nəsimi rayonunda işləyən marşrut avtobusunda.
Şəhər sakini Kifayət adlı bir qadın elə avtobusdaca bir nəfərin hücumuna uğrayıb.

Axtarışda olan Namiq adlı bir kişi zavallı Kifayətin çantasını və mobil telefonunu qaparaq qaçmaq istəyib.

Görünür, Kifayət bacımız həmin anda telefonla danışırmış...Çünki telefon çantada olsaydı, o dəlil-sübut kimi göstərilməyəcəkdi ki?

Amma orasını deyim ki, Kifayət bacı kifayət qədər bacarıqlıymış.

Vəziyyəti anlayanda qorxmayıb, Namiqin əlindən möhkəm yapışıb qaçmağa qoymamağa çalışıb.

Və çanta telefonla birlikdə Namiqin əlindən yerə düşüb.

Namiq tutulmaq qorxusunu gözə alıb qaçmağa üz tutub...

Avtobusdan düşüb və qaç ki, qaçasan...

Kifayət də onun dalınca...

Gözəlim Kifayət qaça-qaça adamlardan kömək istəyib.

Guya kömək istəməsəymiş, kömək edən olmayacaqmış!

Hadisənin təfsilatından belə məlum olur ki, avtobusdan düşənə qədər Kifayətə kömək edən olmayıb...

Oğru Kifayətin hamını köməyə çağırdığını görüb və digər avtobusa minib aradan çıxmağa cəhd edib.

Amma bu avtobusun sürücüsü daha ayıq olub. Qapını bağlayıb və xırp...oğru tutulub!

Ən maraqlı nüans indi açıqlanacaq.

Kifayətin çantasında cəmi 46 manat olub...O şəhər xəstəxanalarının birində işləyirmiş. Həkimlərin və tibb bacılarının aldığı qəpik-quruşu gözə alsaq, çantadakı 45 manat kifayət qədər böyük puldur!

Ay səni, Kifayət! Bir az artıq pul olsa nə olardı?

Ay səni, bu pula görə neçə il həbs cəzası alacaq Namiq!

Heç bu pula görə illərlə yatmağa dəyərdimi?

Yadıma Sovetlər dönəmində şahidi olduğum bir hadisə düşdü.

Keşlədə yaşayan kasıb iş yoldaşımın evinə oğru girmişdi. Aparmağa heç nə tapmamışdı. O kişi elə oturub-durub deyirdi ki, vallah, biz jurnalistlər oğrunun yanında da üzüqarayıq. Nədən ki, evə girən oğru aparmağa heç nə tapammır...Biz də qəşş edib gülürdük.

25-30 il keçib. Nə dəyişib?

Oğrunun yanında hələ də üzüqarayıq...
XS
SM
MD
LG