Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34

Ötən il BTC 32 milyon neft ötürüb


2011-ci ilin dekabrında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 166 min 178 ton Azərbaycan nefti nəql olunub.

Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb.

Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 32 milyon 224 min 700 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə veriləndən – 2005-ci ildən 2012-ci il yanvarın 1-ə qədər BTC-yə 175 milyon 780 min 642 ton neft vurulub.
XS
SM
MD
LG