Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Mahmud Ahmadinejad Latın Amerikası ölkələrinə gedib


İran prezidenti Mahmud Ahmadinejad Venezuelaya gedib. Onun Latın Amerikası ölkələrinə 4 günlük səfəri başlayıb.

Mahmud Ahmadinejad Venesuelaya prezident kimi 5-ci dəfədir səfər edir.
O, səfəri müddətində müttəfiqi və ABŞ siyasətinin tənqidçisi prezident Hugo Chavezlə görüşəcək.

Mahmud Ahmadinejad Venesueladan sonra Nikaraquaya, Kuba və Ekvadora da səfər edəcək. Onun səfərindən əvvəl ABŞ xəbərdarlıq edib ki, Latın Amerikası ölkələri İranla əlaqələri gücləndirməməlidirlər.

Dövlət Departamenti bildirib ki, İran özünün mübahisəli nüvə proqramına görə sanksiyaların da daxil olduğu beynəlxalq təzyiqlə üzləşib və "dostlar üçün ümidsiz" olub.

Chavez isə ABŞ-ın Latın Amerikası ölkələrinə olan bu xəbərdarlığına etiraz edib, deyib ki, ABŞ dünyada dominatlıq etməyə çalışır: "Yanki imperiyası çalışır ki, İranın bir müstəqil dövlət kimi inkişaf etməsini dayandırsın. Faktiki olaraq, bu gün İran prezidenti Mahmud Ahmadinejad Venesueleya gəlib və onun səfəri bizim üçün faydalıdır”.
XS
SM
MD
LG