Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:03

İctimai Palata Koordinasiya Şurasının üzvləri məlum oldu


İctimai Palatanın yanvarın 8-də keçirdiyi sessiyada Koordinasiya Şurasının tərkibi seçilib.

Təxminən saat 3 radələrində başlayan seçki axşam saatlarında yekunlaşıb. Səsvermənin nəticələrinə görə, formalaşan Koordinasiya Şurasında əvvəlki tərkibin əsas üzvləri qalıb. Eyni zamanda vətəndaş cəmiyyətinin təmsilçiləri, politoloqlar və müxalifət qəzetinin rəhbərləri də yeni Koordinasiya Şurasına seçilib.

Koordinasiya Şurasına seçilmək üçün 20 nəfərin namizədliyi irəli sürülmüşdü. Tərkib 17 üzvdən ibarətdir.

İctimai Palata 300-ə yaxın siyasətdə və vətəndaş cəmiyyətində fəal olan şəxslər tərəfindən yaradılıb. Qurum hakimiyyətə müxalif mövqe nümayiş etdirir.
XS
SM
MD
LG