Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 09:59

Ahmedinejad Latın Amerikası ölkələrinə səfərə çıxır


İran prezidenti Mahmud Ahmedinejadın Latın Amerikası ölkələrinə səfəri başlayır.

Səfər Tehranın nüvə proqramına görə Qərblə İran arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir.

Ahmedinejad səfər çərçivəsində 4 ölkədə olacaq.

O ilk olaraq Venesuelaya baş çəkəcək.

Son vaxtlar dünya siyasətində İranla Venesuelanın bir çox məsələlərdə mövqei üst-üstə düşür.

Bundan sonra Ahmedinejad Kuba, Nikaraqua və Ekvadora baş çəkəcək.

ABŞ və bir sıra ölkələr yeni il qabağı İranın nüvə proqramına görə, ona qarşı sanksiyaları daha da kəskinləşdiriblər.
XS
SM
MD
LG