Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 23:28

Meksika millisinin keçmiş qapıçısı həbs edilib

Omar Ortiz
Omar Ortiz
Meksika futbol millisinin keçmiş qapıçısı Omar Ortiz həbs edilib.

O mütəşəkkil cinayətkarlıqda şübhəli bilinir.

Polis hesab edir ki, idmançı Nuevo-Leon ştatında insan oğurluğu ilə məşğul olan cinayətkar qrupla əlbir ola bilər.

Bu qrup ümumilikdə 20-dən çox adam oğurlayıb.

Məlumatlara görə, Meksika elitasına daxil olan 35 yaşlı Ortizin işi böyük məbləğdə pul qoparmaq üçün növbəti qurban seçmək imiş.

2010-cu ildə qanında dopinq hesab olunun maddələr tapıldığına görə o bir müddət millidən kənarlaşdırılıb.
This item is part of
XS
SM
MD
LG