Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:05

Son gün ərzində Suriyada daha 28 adam öldürülüb


Suriyanın İdlib əyalətində oturaq aksiya iştirakçılarının atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 20-ə yaxın adam isə yaralanıb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Bu gün Ərəb Dövlətləri Liqasının iclasında bu təşkilatın Suriyada iş aparan müşahidəçilər qrupunun çıxardığı ilkin nəticələr müzakirə olunacaq.

Məlumatlara görə müşahidəçilər qrupunu demək olar ki, bütün səfərlərdə Suriyanın təhlükəsizlik qüvvələri müşaiyət edib.

Hüquq müdafiəçilərinin məlumatına görə, şənbə günü Suriyada daha 27 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG