Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:02

İranda yeraltı nüvə zavodunun işə düşəcəyi gözlənilir


Yaxın vaxtlarda İranda uran zənginləşdirilən yeraltı zavodun işə düşəcəyi gözlənilir.

Bu barədə ölkənin atom enerji agentliyinin rəhbəri Fereydoun Abbasi Davani məlumat verib.

Onun sözlərinə görə Qum şəhərinin yaxınlığında yerləşən müəssisədə 20 faizədək zənginləşdirilmiş uran istehsal etmək olar.

Məlumatlara görə, zavod hücumlardan müdafiə olunmaq məqsədilə qalın dağ massivində yerləşir.

Qərb ölkələri İranı gizlicə nüvə siahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG