Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:21

Thierry Henry: “Ürəyimin döyüntüsünü artıran kluba “yox” demək çox çətin idi”


Thierry Henry İtaliya komandasına qarşı, Sürix, 17 İyun 2008
Thierry Henry İtaliya komandasına qarşı, Sürix, 17 İyun 2008
Məşhur fransalı futbolçu – Thierry Henry`nin London “Arsenal”ına sensasiyalı dönüşü baş tutdu.

Yanvarın 6-da hücumçu “kanonirlər”lə 2-aylıq kirayə müqaviləsini imzaladı. Bunu “Arsenal”ın rəsmi saytı xəbər verir.

Hüquqları məxsus olan “New York Red Bulls” klubuyla intensiv danışıqların nəticəsi olaraq, Henry martın 11-dək “Arsenal”lı olacaq.

“Kanonirlər”in baş məşqçisi Arsene Wenger qeyd edir ki, “Henry çox əziyyət çəkmədən komandamıza kömək edə biləcək".

Henry isə deyir ki: "Əvvəllər mən deyirdim ki, Avropa klubların artıq qayıtmayacam. Ancaq söz “Arsenal”dan gedirsə... Ürəyimin döyüntüsünü artıran kluba “yox” demək çox çətindir. Belə halda, kirayə variantı - ən yaxşı həlldir. Mən sevdiyim klubda da, “Red Bulls”da da oynaya biləcəm".

Vaxtilə 8 il “kanonirlər”in heyətində oynamış (2-qat İngiltərə çempionu və 3-qat Kubok sahibi) futbol ustasının həftəlik əmək haqqı 70 min funt (110 min dollar) təşkil edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG