Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:12

Çexiya hökuməti 2 min qadına müraciət edib ki, İPİ döş implantını çıxarsın


Çexiyanın səhiyyə nazirliyi ölkə qadınlara müraciət edib ki, Fransada istehsal olunmuş İPİ (Poly İmplant Prothese) döş implantlarını çıxarsınlar.

Nazirlik öz bəyanatında bildirir ki, onlar həmin implantantların qoyulduğu xəstəxanada bunu pulsuz edə bilərlər.

Çexiyada 2 min qadında İPİ var.

Fransada İPİ olan 20 qadının 16-da döş xərçəngi tapılandan sonra Fransanın səhiyyə rəsmiləri keçən ay bildirdilər ki, xərçənglə İPİ arasında əlaqə hələ sübut olunmasa da, burda istifadə olunan silikonun keyfiyyəti standartdan aşağıdır və qadınlar İPİ-ni çıxartsalar, yaxşıdır.

Dünyanın 65 ölkəsində 300 mindən 400 minə kimi İPİ satılıb.
XS
SM
MD
LG