-
Yanvarın 6-da Çex Respublikası Ukraynanın həbsdə olan keçmiş baş naziri Yulia Tymoshenkonun əri Oleksandr Tymoshenkoya siyasi sığınacaq verib.
Bunu Daxili İşlər naziri Jan Kubice elan edib: “O, bir neçə ay qabaq siyasi sığınacaq üçün müraciət etmişdi. Standard proseduradan sonra ona bu gün sığınacaq verildi”.
***
Hazırda həbsdə olan Ukraynanın keçmiş baş naziri Yulia Tymoshenkonun əri Oleksandr Tymoshenko Çex Respublikasından sığınacaq istəyib. O, ötən ilin axırında bu ölkəyə gedib.
Çexiyanın Xarici işlər naziri Schwarzenberg yerli radioya bildirib ki, Daxili İşlər Nazirliyi ona sığınacaq verməyə hazırlaşır.
51 yaşlı Oleksandr Tymoshenko sahibkardır, siyasətlə məşğul olmayıb. Öz ölkəsində az tanınır.
Oleksandr ictimaiyyət arasında yalnız arvadı həbs olunandan sonra görünməyə başlayıb. O, Yulia Timoşenkonun məhkəmə proseslərində iştirak edib.
Yulia Timoşenko ötən il oktyabrında Kiyevdə həbs olunub, o, 7 il azadlıqdan məhrum olunub.
İttihama görə, Yulia Timoşenko baş nazir olarkən Rusiya ilə bağladığı qaz müqavilələrində səlahiyyətlərindən sui-istifadə edib.
Əvvəllər Çexiya Yulia Timoşenkonun hökumətində iqtisadiyyat naziri olmuş Bohdan Danylyshyn də siyasi sığınacaq verib.
Amma qəzet hesab edir ki, Oleksandr Tymoshenkoya sığınacaq verilməsi Praqa ilə Kiyevin əlaqələrini soyudacaq.
2011-ci ilin mayında Ukrayna iki çex hərbi attaşeni ölkədən çıxarıb. Ötən il Ukraynanın xarici işlər naziri çex həmkarı ilə Praqada görüşüb və bundan sonra rəsmilər qalmqalın yaratdığı problemlərin həll olunduğunu bildiriblər.