Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:28

"Luvr" muzeyində İslam incəsənət nümunələri sərgilənəcək


Kaşan xalçası, Luvr muzeyi
Kaşan xalçası, Luvr muzeyi
APA-nın Fransa mediasına dayanaraq verdiyi xəbərə görə, məşhur Luvr muzeyi İslam İncəsənət nümunələrinin sərgilənəcyi yeni qalereyanı təqdim edib. Ancaq sənət əsərləri bu ilin yayından tamaşaçılara göstəriləcək.

Xəbərdə Luvr muzeyinin direktoru Henri Luaretin açıqlamaları da yer alıb. Aydın olur ki, 2005-ci ildən icrasına başlanan yeni layihənin dəyəri 98,5 milyon avrodur.

Layihəni maliyyələşdirən ölkələr arasında Fransa ilə bərabər Azərbaycan, Küveyt, Oman və Mərakeşin də adı olduğu qeyd olunur.

Səudiyyə şahzadəsi Əl-Vəlid bin Talal isə bu layihəyə 17 milyon avro verib. Muzeyin direktoru layihənin başa çatması üçün daha 10 milyon avro gərək olduğunu bildirib.

Xəbərdə ayrıca binası olan İslam sənət nümunələri guşəsinin dam örtüyünün tikintidə qədim və müasir tendensiyaları özündə birləşdirdiyi də vurğulanır.

Xatırladaq ki, dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə kral sarayının binasında açılb.

Parisin lap göbəyində yerləşən muzeyin ilk vaxtlar sahəsi 60 min kv.m olub. İndi sahəsi az qala 3 dəfə artıb.

Luvr sahəsinə görə dünyanın üçüncü muzeyi, tamaşaçı sayına görə dünyanın ən çox ziyarət edilən muzeyidir.

2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi baxıb.
XS
SM
MD
LG