Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Timoşenkonun həyat yoldaşı Çexiyadan sığınacaq istəyib


Ukraynanın həbsdə olan keçmiş baş naziri Yulya Timoşenkonun həyat yoldaşı Aleksandr Timoşenko Çexiyadan sığınacaq istəyib.

Bu haqda Çexiyadan çıxan Pravo qəzeti yazıb. Qəzetin yaxdığına görə, 51 yaşlı Aleksandr Timoşenko siyasətlə məşğul olmur. O sığınacaq üçün keçən ilin dekabrında müraciət edib.

Yulya Timoşenko keçən il 7 il azadlıqdan məhrum edilib. O, 2009-cu ildə Rusiya ilə qaz müqavilələri imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur. Keçmiş baş nazir isə həbsinin siyasi sifariş olduğunu bildirir.
XS
SM
MD
LG