Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 06:25

İlker Bashbug həbs olunub


Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlker Bashbug həbs olunub. O, dövlət çevrilişi keçirmək planı hazırlamaqda və dövlət orqanlarının öz vəzifəsini icra etməyə əngəl törətməkdə şübhəli bilinir.

Bashbug təcridxanaya aparılarkən jurnalistlərə deyib ki, prokurorluq onu terror təşkilatı yaratmaq və idarə etməkdə ittiham edir. O, ittihamı “tragikomik” adlandırıb.

İlker Bashbug Türkiyə tarixində mülki məhkəməyə ifadə verən və həbs olunan ilk sabiq baş qərargah rəisidir. O, 2008-ci il avqustunda bu vəzifəyə təyin olunmuşdu, 2010-cu ildə istefa vermişdi.
XS
SM
MD
LG