Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

Təbriklərdə «boğulan» iqtidar mətbuatı, neftçinin Rövnəq Abdullayevə məktubu...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzeti yazır ki, «Azad vətəndaş cəmiyyətin formalaşması demokratik dəyərlərə verilən önəmin təzahürüdür». Qəzetə görə, QHT-lər-vətəndaş cəmiyyəti ilə dövlətin əməkdaşlığı hələ İlham Əliyevin 2003-cü il ildə prezident seçildiyi dövrdə qurulub:

«QHT-lərə dövlət dəstəyi konsepsiyasını tətbiq etməklə Prezident İlham Əliyev demokratik prinsiplərə və bəşəri ideallara sadiq olduğunu, ölkənin inkişafını yalnız bu yolda gördüyünü bir daha təsdiq etdi…».

«Yeni Müsavat» qəzeti bayramlardakı reklam ayrı-seçkiliyindən yazır: «İqtidar mətbuatı təbrik reklamlarında «boğulur», müstəqil qəzetləri isə təbrik edən yoxdur».

Qəzet Mətbuat Şurasının binasının açılışında prezident İlham Əliyevin reklamın qəzetlərə bərabər qaydada bölüşdürülməsi ilə bağlı tövsiyələrini yada salır:

«Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, bu situasiya birbaşa reklam verənlərdən asılıdır. O deyir ki, reklam verən özü üçün qəzet müəyyənləşdirir. Onlar bu prosesə kənardan müdaxilə edə bilməzlər…».

«Azadlıq» qəzeti bir neftçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məktubunu dərc edib. 45 il neft-kimya müəssisələrində işləmiş Fərəməz Məmmədov hesab edir ki, «nefti xammal kimi satmaq savadsızlıqdır».

O, neftin xammal halında satılmasından Azərbaycanın hər il milyardlar itirdiyini deyir:

«Dünyanın 100 illik emal təcrübəsi olan heç bir ölkəsi neftini xammal kimi satmır…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG