Keçid linkləri

2025, 17 İyul, Cümə axşamı, Bakı vaxtı 08:06

Azərbaycan-Finlandiya 0:7


Yanvarın 4-də Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir başlanıb.

19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması ilk görüşdə Finlandiya millisiylə qarşılaşıb və 7:0 hesabı ilə məğlub olub.

Finlər ilk qolu oyunun 22-ci dəqiqəsində vurub.

Bundan 7 dəqiqə sonra Vəli Qasımovun yetirmələri azlıqda qalıb.

Finlər birinci hissədə fərqi artıra bilməsələr də 2-ci hissədə 6 dəfə fərqləniblər.
XS
SM
MD
LG