Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:20

Timoşenkonun tərəfdarları həbsxananın ətrafında düşərgə salıb


Hazırda həbsdə olan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun tərəfdarları
Xarkovda onun saxlandığı həbsxananın ətrafında çadır düşərkəsi salıblar.

Batkivşina partiyasının yerli şöbəsindən verilən məlumata görə, düşərgədə liderlərinə dəstək olaraq məktub və teleqram toplanacaq.

Ukrayna təhlükəsizlik xidmətinin müstəntiqi vəkillərin Timoşenko ilə daimi görüşünə icazə verildiyini deyir.

Hazırda 7 illik həbs cəzası çəkən keçmiş baş nazirə qarşı başqa ittihamla istintaq işi açılıb.

Timoşenko hakimiyyətdə olduğu dövrsdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşma ittihamıyla 7 il həbs cəzasına məhum edilib.
XS
SM
MD
LG