Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 23:36

Sən kimsən?


"Can Bakı"dan Günün gülməcəsi


Bir gün biri Molla Nəsrədindən “Kimsən?” deyə soruşur. Molla cavablayır ki, “Heç kiməm”. Amma ona üz tutan adamın dodaq büzdüyünü görüb o da soruşur: -- Sən kimsən?

Adam özünü irəli verib lovğa-lovğa deyir: -- Təsərrüfatçıyam.

Molla bir sual da soruşur: -- Sonra nə olacaqsan?

- Yəqin vali olaram.

- Bəs daha sonra?

- Yəqin vəzir olaram.

- Daha sonra nə olacaqsan?

- Bəlkə də baş vəzir olaram.

- Yaxşı, ondan sonra nə olacaqsan?

Elə bir vəzifə qalmadığı üçün adam boynunu büküb deyir: -- Daha heç kim.

- Daha niyə lovğalanırsan, ay adam? Mən elə indidən sənin illər sonra tuta biləcəyin vəzifədə -- heçlik məqamındayam!
XS
SM
MD
LG