Keçid linkləri

2024, 04 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:14

Bakıda çörək ucuzlaşıb


Foto arxiv
Foto arxiv
Bakının əksər hissəsini çörək və un məmulatları ilə təmin edən Bakıxanov Çörək Zavodu yanvarın 4-dən çörəyin qiymətini ucuzlaşdırıb.

Bu barədə APA agentliyi zavodun direktoru Rasim Nəbiyevə istinadla xəbər verir.

Onun sözlərinə görə, bu gündən 720 qramlıq çörəyin qiyməti 35 qəpikdən 30 qəpiyə endirilib və buna səbəb unun topdansatış qiymətinin düşməsidir.

O son günlər 50 kq-lıq unun qiymətinin 14,6-14,8 manatdan 13,6 manata düşdüyünü deyir.
XS
SM
MD
LG