Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 08:26

Şamaxı istiqamətində nəqliyyatın hərəkəti qismən bərpa olunub

Bakı-Şamaxı-Ağsu, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Qar dayanıb, hava normallaşıb. Səhər saatlarından yolda avtomobillərin hərəkəti müşahidə olunur. Bununla belə, sərnişin mikroavtobuslarının bu yolla hərəkətinə qoyulmuş məhdudiyyət qalmaqdadır.

Axşam saatlarınadək yolda hərəkətin tam bərpası üçün işlər aparılır. /apa/
This item is part of
XS
SM
MD
LG