Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Meksikada tələbələr yerli radiostansiyanı ələ keçirib


Meksikanın cənubunda tələbələr beş yerli radiostansiyanı ələ keçirib. Onlar efir vasitəsilə Herrero ştatının qubernatorunu istefaya çağırıblar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum edənlər 50 nəfər olublar. Onlar silahlı olub, üzlərinə isə maska taxıblar. Aksiya 40 dəqiqə davam edib.

Tələbələr dekabrda polislə toqquşma zamanı öldürülmüş iki tələbənin ölümünün səbəblərinin araşdırılmasını tələb ediblər.
XS
SM
MD
LG