Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:35

İslamçıların daş-qalaq yerindəki qadın idmançılar


Əfqan qadln boksçuları
Əfqan qadln boksçuları

Talibanın əvvəllər qadınları daş-qalaq edib edam elədiyi meydanda indi qadın bosçular məşq edir

Vaxtilə Kabuldakı Qazi stadionundan qadınların daş-qalaq edilməsi üçün istifadə olunurdu. İndi isə burada Əfqanıstanın qadın boks komandası Yay Olimpiya Oyunlarına hazırlıq məşqlərini keçirir.

Onlar arasında 19 yaşlı Şəbnəm Rəhimi və onun 18 yaşlı bacısı Sədəf də var. Sədəf qarşıdakı yarışmalardan çox şey gözləyir:

“Ümid edirəm ki, boks karyeramda ən yüksək səviyyəyə çata biləcəyəm. 2012-ci ildə London olimpiadasında qızıl medal qazanmaq arzusundayam”.

Qadın boksu bir çox ölkələrdə, xüsusilə də Əfqanıstanda qeyri-adi idman növü sayılır. Bu ölkədə hələ də qadınlar təhsil və iş uğrunda mübarizə aparır, məişət zorakılığından əziyyət çəkirlər.

Buna baxmayaraq, Rəhimi ailəsinin qızları həftədə 3 dəfə Qazi stadionuna gəlir. 10 il əvvəl islamçıların talib hökuməti bu məkandan xəyanətdə suçlanan qadınların daş-qalaq edilməsi üçün istifadə edirdi. Həmin dövrdə qadın idmanları tamamilə qadağan edilmişdi.

Amma indinin özündə də Əfqanıstanda konservativ cəmiyyət mövcuddur. Burada fiziki güc tələb edən idman növlərini qadınlar üçün məqbul hesab etmirlər. Hətta Sədəf deyir ki, boksçu olduqlarına görə onun ailəsini dəfələrlə hədələyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG