Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:46

Liviya paytaxtında silahlı toqquşma olub


Liviya paytaxtı Tripolidə toqquşma nəticəsində azı 5 nəfər həlak olub. Tripoli və Misratadan olan silahlı qruplar atışma zamanı pulemyotlar və qumbaraatanlardan istifadə ediblər.

Tripoli Hərbi Şurasından bildiriblər ki, toqquşmaya səbəb Misratadan olan bir nəfərin Tripolidə Yeni il öncəsi həbs edilməsi olub. Misratadan olanlar onu azad eləmək üçün hücum ediblər.

Qaddafinin öldürülməsi ilə nəticələnən 8 aylıq vətəndaş müharibəsindən sonra da zaman-zaman keçmiş yaraqlı qruplarının iştirakı ilə toqquşmalar olur.
XS
SM
MD
LG