Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

2011-ci ilin 5 ən böyük dotasiyası


1. Ötən il dünyada verilən özəl dotasiyalar arasında 1-ci yerdə Walton ailəsinin verdiyi puldur.
Wal-Mart mağazalar şəbəkəsinin sahibi olan Walton ailəsi Arkanzasda Amerika incəsənətinin Crystal Bridges muzeyinə 800 milyon dollar verib.

2. Dünyada ikinci yerdə əvvəlcə adını gizli saxlayan xeyriyyəçinin verdiyi puldur – 350 milyon dollar.
Cornel Universiteti tarixində universitetə ən böyük yardımı anonim şəxs edib.

Sonradan məlum olub ki, bu, Duty Free Shoppers Groupu yaradanlardan biri olan Charles Feeneydir.



Hava limanlarında Duty Free mağazlarını yəqin ki, hamı tanıyır. Bunun yaradıcılarından biri olan
Feeney Cornell Universitetinin məzunudur.
O, indiyə kimi doğma universitetinə 5 milyard 400 milyon dollar yardım edib.

3. Dietrich İndustries şirkətinin keçmiş rəhbəri William Dietrich İİ Carnegie Mellon Universitetinə 265 milyon dollar verib.
O deyib ki, bu, təkcə böyük universitet deyil, o həm də regionu və burda yaşayanları gələcək uğurlara aparan yoldur.

4. RGP Holdinqin başçısı Raymond Perelman Pensilvaniya Universitetinin Penn Tibb Məktəbinə 225 milyon dollar verib. Bu da məktəbin büdcəsini 25 faiz artırmağa imkan verir.

5. Herrick korporasiyasının sədri David Cornsife Cənubi Kaliforniya Universitetinin İncəsənət və Elm Kollecinə 200 milyon dollar verib.
Cornsife bu universiteti 1965-ci ildə bitirib.


XS
SM
MD
LG