Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:12

İran ABŞ gəmilərinə xəbərdarlıq edir


Tehran Yaxın Şərq sularında dolanan ABŞ təyyarədaşıyan kreyserinə xəbərdarlıq edib ki, bir daha İran körfəzinə geri qayıtmasın, yoxsa, axırı pi solar. İran rəsmiləri hansı gəmidən söhbət getdiyini və geri qayıdarsa, hansı tədbirlər görəcəklərini açıqlamırlar. Amma bunun son xəbərdarlıq olduğunu vurğulayıblar.

Yanvarın 2-də İran Hörmüz boğazı yaxınlığında qısa və orta mənzilli raketləri sınaqdan keçirib. Bundan öncə isə, İrana qarşı sanksiyalar qoyulacağı halda Hörmuz boğazını bağlamaqla hədələmişdilər.

ABŞ isə İranda gəmilərin hərəkətinə mane olacaq istənilən addımın qarşısını alacağını bildirib.
XS
SM
MD
LG