İranın milli pulu olan rial son 3 gündə dollara nisbətdə birdən-birə 13 faiz düşüb.
Frans Press yazır ki, sanksiyalar “dişləməyə” başlayıb.
Günün sonunda Tehranda 1 ABŞ dolları 17800 riala qalxıb.
İranın nüvə proqramları ilə əlaqədar həftəsonu ABŞ yeni sanksiyalarını elan edəndə rial düşməyə başladı.
Şənbə günü Amerika prezidenti Barak Obamanın imzaladığı yeni sanksiyalar İranın maliyyə sektorunu və Mərkəzi Bankını hədəfə alır.
Obama yeni sanksiyalar sənədini imzalayanda 1 dollar 15500 rial idi.
Keçən il rial dollara nisbətən 66 faiz düşüb.
Avropa Birliyi İrana qarşı əlavə və ayrıca sanksiyalar tətbiq etmək istəyir.
Avropa Birliyinin sanksiyaları İrandan neft alınmasına embarqo qoyulması ilə bağlı ola bilər. Qərar yanvarın sonunda veriləcək.