Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

Ramiz Mehdiyev «Azərbaycan 2020»dən danışıb


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlanması barədə» İlham Əliyevin Sərəncamı ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır».

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sənədi şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Konsepsiya hazırlanarkən xarici mütəxəssislər cəlb olunmalı, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılmalıdır.

Ramiz Mehdiyevin sözlərinə görə, yanvarda Konsepsiyanı hazırlayacaq komissiyanın və işçi qrupun tərkibi də müəyyən ediləcək.

AzərTaca danışan Ramiz Mehdiyev Konsepsiya haqda geniş məlumat evrib. O bildirib ki, inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu da ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqini tələb edir. Strateji yanaşmaların isə daha uzun müddəti əhatə etməsi zərurətini yaradır.

«DEMOKRATİYA İNSTİTUTLARININ DAHA DA İNKİŞAF ETDİRİLMƏSİ»

Prezident Administrasiyasının rəhbəri müxtəlif sahələr üzrə Konsepsiyanın hazırlanmasının əsas istiqamətlərini də şərh edib. O deyib ki, əsas istiqamətlər bunlardır: siyasi sahədə dövlət müstəqilliyinin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması, demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi.

BÜDCƏDƏ TƏBİİ EHTİYATLAR AMİLİ AZALDIRLAMLIDIR

Ramiz Mehdiyev Konsepsiyanın iqtisadi sahədə əsas istiqamətlərindən də danışıb. O deyib ki, ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olmaq laızmdır. İqtisadiyyatın inkişaf istiqamətləri şaxələndirilməlidir. Ümumi daxili məhsulun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amili azaldılmalı və qeyri-neft amilinin üstünlüyü təmin edilməlidir.

ORTA TƏBƏQƏ GENİŞLƏNSİN VƏ...

Konsepsiyada sosial istiqamətlər də unudulmayacaq: yoxsulluq səviyyəsinin minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, orta təbəqənin genişləndirilməsi, onun cəmiyyətdə rolunun və əhəmiyyətinin artırılmasına nail olunması.

TƏHSİLİN, SƏHİYYƏNİN...

Ramiz Mehdiyev bunu da deyib ki, təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafı, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin edilməsi də əsas istiqamətlərdəndir.

Prezident Administrasiyasının rəhbərinin dediyinə görə, Konsepsiyada bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi də nəzərə alınacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG