Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 19:45

Dünya liderləri yeni ilin çətin və ümidverici olacağını deyirlər

Dünya liderləri yeni il çıxışlarında gələcəkdən narahatlıq,eyni zamanda vəziyyətin düzələcəyinə ümidlə yanaşdıqlarını bildiriblər.

ABŞ prezidenti Barack Obama ötən ilin böyük nailiyyətlər və çətinliklər ili olduğunu deyib.

Obama eyni zamanda 2012-ci ildə ölkə iqtisadiyyatında artım olacağına ümidlə yanaşdığını bildirib.

Fransa prezidenti Nikolas Sarkozy isə yeni il çıxışında Avropadakı hazırkı vəziyyəti ikinci dünya müharibəsindən sonra ən pis vəziyyət adlandırıb və ölkə sakinlərini qətiyətli olmağa çağırıb.
This item is part of
XS
SM
MD
LG