Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 07:00

"Eurovision" milli seçimində daha bir finalçı bəlli oldu (Video)


Eurovision Milli seçim turlarında 5-ci həftə...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

5-ci həftənin iştirakçılarından Fidan Hüseynova İTV-nin efirindən münsifləri obyektiv olmağa çağırıb. O, smslərin düzgün olmadığını iddia edir. Bayram Günləri olduğundan onlar bu məsələyə münasibət öyrənə bilmədik.

“Eurovision-2012” mahnı müsabiqəsində milli seçim turunun 5-ci yarımfinalçısı məlum olub. Bu, Elton İbrahimovdur. O, Ictimai televiziyanın canlı efirində keçirilən yarışmada 9 iştirakçı arasında həftənin birincisi seçilib.

Daha 3 həftə ərzində iştirakçılar yarımfinal mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Ötən həftələrin qalibləri Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərovdur. Final mərhələsində isə milli seçim turlarının birincisi olan 8 iştirakçı yarışacaq və qələbə qazanan ifaçı Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

“Eurovision-2012” mahnı yarışması 2012-ci ilin mayında Bakıda keçiriləcək.
XS
SM
MD
LG