Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:41

Türkiyə-İraq sərhəddində baş vermiş insidentdə azı 35 adam ölüb


Türkiyə hərbi hava qüvvələrinin cümə axşamına keçən gecə İraq sərhədindəki ərazini bombalaması nəticəsində azı 35 adam ölüb.

Bu barədə yerli hakimiyyət xəbər verir.

Türkiyə komandanlığı zərbənin kürd yaraqlılarının bazasına endirildiyini deyir.

Yerli kütləvi informasiya vasitələri isə ölənlərin İraqdan qanunsuz yanacaq daşıyan qaçaqmalçılar olduğunu yazırlar.

Türkiyə komandanlığı insidentin araşdırılacağını vəd edib.
XS
SM
MD
LG