Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 17:36

Müşahidəçilərin Suriyaya səfəri davam edir


Ərəb Dövlətləri Liqasından olan müşahidəçilər qrpupu 2-ci gündür ki,Suriyada iş aparırlar.

Müşahidəçilər çərşənbə axşamı Homs şəhərində olublar.

Qrupun sudanlı rəhbəri general Muhammed hmed Musafa al Dabi şəhərdə elə bir dəhşətli mənzərə görmədiklərini deyir.

Amma o qeyd edib ki, şəhərə baxmaq və hadisələrə qiymət vermək üçün müşahidəcilərə çox vaxt lazımdır.

Məlumatlara görə müşahidəçilər gəlməzdən qabaq həbçilər şəhərdən tankları çıxarıblar.

Müşahidəçilər həmçinin kütləvi etirazlar keçirilən Hama, İdlib və Dera əyalətlərinə də baş çəkmək fikrindədirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG